Close

21:48
28 Sentyabr 2024

Faciəvi şəkildə ölən nişanlı qız BDU-nun tələbəsi imiş - FOTO

Tərtərdə toyuna hazırlaşan və faciəvi şəkildə ölən 21 yaşlı qız Bakı Dövlət Universitetinin tələbəsi imiş.

Bu barədə TNS-ə Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, A. Niftəliyeva Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə IV kurs tələbəsi olub.

Xatırladaq ki, hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.

Rayon sakini, 2003-cü il təvəllüdlü Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən, müvazinətini itirib və hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.