Close

Paytaxtdakı mebel və taxta materialları sexində baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə TNS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

15:47

Bakının Binəqədi rayonunda yanğın olub.

TNS xəbər verir ki, yanğın Biləcəridə yerləşən mebel sexində qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.