Close

Gəncədə qəza, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA Optima" "Mercedes" və "VAZ 2107 " markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.