Close

DİN: "Əhmədli qəsəbəsindəki kütləvi dava ilə bağlı təhqiqata başlanılıb"

Bakı şəhərinin Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

TNS xəbər verir ki, davaya səbəb  “Fənərbağça” - “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".