Close

Qaxda dələduzluq edən şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən R.Kərimov saxlanılıb.

TNS xəbər verir ki, o, 2022-ci ildə Qax rayon sakini olan tanışına Bakı şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 3400 manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.