Bakıda binada yanğın: maşın yandı, sakinlər təxliyə edildi
10
23:48 - 20 Sentyabr 2024
Bakının Nərimanov rayonunda binada yanğın olub.
TNS xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.
Məlumata görə, qarajda "Mersedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. (APA)
Əlaqəli xəbərlər
15:20
20 Sentyabr 2024