Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Ağdamda qəza baş verib, xəsarət alanlar var

Ağdamda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ağır xəsarət alıb.

TNS xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndi ərazisində qeydə alınıb.

Ağdam istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Ağdamın Rzalar kənd sakinləri Şirinov Xətai Şəmsi oğlu və Şirinov Şahmar Sevdar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.