Close

19:01
20 Sentyabr 2024

Bərdədə arı sancması ölümə səbəb olub

Bərdədə arı sancması ölümə səbəb olub.

TNS xəbər verir ki, hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.