Close

17:06
20 Sentyabr 2024

Bakıda uşağa fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarılıb

290 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

TNS xəbər verir ki, bu barədə 290 nömrəli körpələr evi - uşaq bağçasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı müşahidə kamerası görüntüləri yayılıb.