Close

19:01
20 Sentyabr 2024

Ağsuda 3 maşın bir-birinə çırpıldı, xəsarət alanlar var - FOTO

Ağsu rayonunda zəncirvari qəza baş verib.

TNS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon sakini Füzuli Şabanov "Hyundai" markalı avtomobilllə hərəkətdə olarkən idarəetməni itirib və qarşısında hərəkətdə olan, rayon sakini Rəşad Cavadovun idarə etdiyi "VAZ - 2106" markalı avtomobilə çırpılıb.

"VAZ2106"markalı avtomobil zərbənin təsirindən yolun kənarında dayanmış VAZ2107" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "Hyundai"markalı avtomobilin sürücüsü Füzuli Şabanov, sərnişini Fərman Məmmədov və "VAZ-2106" markalı avtomobilin sürücü Rəşad Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

292a6097-6918-4306-b119-75dfb31107f0

859c9aed-9958-4a09-8c87-7d3b11f84be1