Close

23:50
19 Sentyabr 2024

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

TNS-in məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.