Close

23:50
19 Sentyabr 2024

55 yaşlı kişi toyda qəfil öldü

Bərdə şəhərində orta yaşlı kişi toyda qəfil ölüb.

TNS xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən "Qızıl tac" şadlıq sarayında baş verib. Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Əmrahov Mobil Nüsrəddin oğlunun qəfil halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.