Close

23:50
19 Sentyabr 2024

Bakıda qəzaya düşən avtomobil yanıb - YENİLƏNİB

Bakıda qəza səbəbindən bağlanan yol açılıb.

Bu barədə TNS-ə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

17:47

Bakının Nəsimi rayonunda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib:

"Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib."