Close

Sabiq polis rəisi vəfat edib

Qubadlı rayon Polis Şöbəsinin sabiq rəisi Faiq Kərimov vəfat edib.

TNS xəbər verir ki, 1993-cü ildən 2010-cu ilə qədər şöbəsi rəisi olmuş polis polkovniki Faiq Kərimov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, 1954-cü ildə Zəngilan şəhərində anadan olub. 1981-ci ildə Zəngilan Rayon Partiya Komitəsinin qərarı və Daxili İşlər Nazirinin əmri ilə rayon Daxili İşlər Şöbəsində azyaşlıların işləri üzrə müfəttiş təyin olunub, 1986-cı ildən etibarən Qubadlı rayon Daxili İşlər Şöbəsində rəis müavini işləyib.

I Qarabağ savaşında iştirak edib. 2008-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı, 2014-cü ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.