Close

Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in xəbərinə görə, şəhər ərazisində 5 saylı marşrut xətti üzrə hərəkət edən "Hyundai"markalı sərnişin avtobusu ilə "Nissan"markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtobusa və avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.