Close

Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.