Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Bakıda motosiklet piyadanı vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

TNS xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Cəmil Fərman oğlu yolu keçərkən onu motosiklet vurub.

Piyada ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.