Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Hacıqabulda yol qəzası olub, yaralılar var

Hacıqabulda yol qəzası olub.

TNS-in məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Cavadzadə Yusif Aslan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili yolun kənarında dayanan çınqılla yüklənmiş "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə “Ford”un sürücüsü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.