Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Abşeronda kişi hündürlükdən yıxılaraq ölüb

Abşeron rayonunda hündürlükdən yıxılan kişi ölüb.

TNS xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən ”Abşeron City” yaşayış kompleksində qeydə alınıb.

Ölən şəxsin 40-45 yaşlarında kişi (şəxsiyyəti dəqiqləşdirilir) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.