Bakıda içində 15 min manata yaxın pul olan çanta oğurlanıb
8
11:20 - 17 Sentyabr 2024
Bakıda içində 15 min manata yaxın pul olan çanta oğurlanıb.
Bu barədə TNS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.