Close

22:00
18 Sentyabr 2024

Göygöldə iki nəfər mübahisə zəminində bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Mübahisə zəminində bıçaq xəsarətləri alan, 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucov və onun qohumu, 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.