Close

22:00
18 Sentyabr 2024

Qəzada ağır xəsarət alan azyaşlı Bakıya gətirildi

Biləsuvar rayonunda yol-nəqliyyat qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub.

TNS-in məlumatına görə, vəziyyəti ağır olan 2018-ci il təvəllüdlü K.Yəhyayev Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, sentyabrın 16-da baş verən hadisə zamanı ata avtomobili ilə övladına ağır xəsarət yetirib. Daha sonra azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.