Close

22:00
18 Sentyabr 2024

Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

TNS-in məlumatına görə, qəza rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobil toqquşub.

Nəticədə "Opel"in sürücüsü R.Məmmədov və maşındakı sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.