Close

Şamaxıda sexdə yanğın - “Niva” külə döndü

Şamaxıda sexdə yanğın baş verib.

TNS-in məlumatına görə, hadisə rayonun Bakı-Qazax yolunda yerləşən sexlərdən birində olub.

Yanğın yerinə Şamaxı rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 30 kv/m olan Qəribov Sahil Vaqif oğluna məxsus sexin dam örtüyünün 10 kv/m hissəsi və içərisində olan “Niva” markalı minik avtomobili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.