Close

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

TNS-in məlumatına görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

09:48

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

TNS xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.

O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.