Close

21:58
17 Sentyabr 2024

Bakıda silah gəzdirən keçmiş məhkum saxlanıldı

Bakıda silahla gəzən keçmiş məhkum yaxalanıb.

Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Namazov şübhəli şəxs qismində saxlanılıb. Ondan metamfetamin aşkar olunub.

Onun “Mercedes” markalı avtomobilinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 7 ədəd patron da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.