Close

21:58
17 Sentyabr 2024

Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Meydunova Zərnişan Famil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.