Close

21:58
17 Sentyabr 2024

Daşkəsəndə qəza baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Daşkəsəndə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

TNS xəbər verir ki, zərərçəkənlər 1949-cu il təvəllüdlü N.Yusibov, 1979-cu il təvəllüdlü N.Yusibov və 1960-cı il təvəllüdlü R.Yusibovadır.

Qeyd edək ki, adıçəkilən şəxslər bir ailənin üzvləridir.

22:40

Daşkəsəndə yol qəzası baş verib.

TNS-in məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.