Close

21:58
17 Sentyabr 2024

Mingəçevirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada ölüb.

TNS-in məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 2-də Mingəçevir şəhərində yolu keçmək istəyən Ş.Ağayevi avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.