Şirvanda 11 yaşlı uşağı avtomobil vurub
12
09:30 - 10 Sentyabr 2024
Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, hadisə saat 9 radələrində Şirvan şəhəri Naxçıvani prospektində qeydə alınıb. Qəza zamanı xəsarət alan 11 yaşlı Əsgərov Savalan Ramal oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.