Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Samuxda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

TNS-in məlumatına görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.

Qəza nəticəsində 1948-ci il təvəllüdlü E.Əhmədov və 1982-ci il təvəllüdlü T.Məmmədova xəsarət alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.