Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Ucarda 16 yaşlı qızın qaçırılmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

Ucar rayonunun Bərgüşad kəndində yeniyetmə qızın qaçırılmasının bəzi təfərrüatları məlum olub.

TNS-in kənd sakinlərindən əldə etdiyi məlumata görə, 16 yaşı tamam olmuş qız evdən qaçacağı barədə ailə üzvlərini əvvəlcədən məlumatlandırıbmış.

Sakinlərin iddiasına görə, qızın anası onu ötən ay öz bacısı oğluna ərə vermək istəyib. Bununla bağlı ailələr arasında razılıq da olub. Qız isə xalası oğluna getmək ismədiyini deyib, belə olacağı təqdirdə evdən qaçacağını bildirib. Ailə üzvləri qıza təzyiq edərək, onu xalası oğlu ilə nişanlayacaqlarını bildiriblər. 

Yeniyetmə sonda öz istədiyi oğlana zəng vuraraq onunla evlənmək istədiyini deyib.

Sentyabrın 6-da axşam saatlarında qız oğlanla rayon ərazisində görüşərək onunla gedib və bir daha gedir qayıtmayıb.

Ailə üzvlərinin şikayətindən sonra cütlüyün yeri müəyyənləşdirilsə də, qız geri qayıtmaqdan imtina edib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsindən TNS-ə bildirilib ki, hadisə barədə aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb, hər iki ailə dəvət edilib və onlarla profilaktik söhbətlər aparılıb: "Hər iki tərəfə qanunvericiliyin tələbləri izah olunub. Bildirib ki, cütlüyün nikah yaşı tamam olmadığı üçün toy edilməsi qadağandır".

Xatırladaq ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmənin 16 yaşlı qızı qaçırması barədə məlumat yayılıb.

Faktla bağlı Ucar rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

18:40

Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı oğlan 16 yaşlı qızı qaçırıb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, qızın anası övladını uşağını geri istəsə də, qaytarmırlar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TNS-ə verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.