Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb

Baş Prokurorluq “Abzas media”nın işində istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.

TNS xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun müraciətinə müsbət cavab verilib.

Qərara əsasən, "Abzas media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), direktor müavini Məhəmməd Kekalov və əməkdaşları Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırılıb.