Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

"Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb", - məlumatda qeyd olunub.