Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Salyan rayonunun Xıdırlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində daha bir nəfər ölüb.

TNS-in məlumatına görə, xəsarət alanlardan biri bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün "VAZ 2106" markalı avtomobil aşmış, nəticədə bir nəfər ölmüş, 3 nəfər xəsarət almışdı.