Bakıda 3 min manatlıq velosiped oğurlandı
18
11:10 - 06 Sentyabr 2024

Bakıda bahalı velosiped oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən TNS-ə verilən məlumatda bildirilir ki, hadisə paytaxtın Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən evlərdən birinin qarşısından 3000 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.