Close

Maşın satmaq adı ilə dələduzluq etdi, polis saxladı

Şirvan şəhərində vətəndaşlara avtomobil satmaq adı ilə dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev tutulub.

Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib. Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev zərərçəkənlərlə əlaqəni kəsib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.