Close

Daşkəsəndə kəndə ildırım düşüb, elektrik xətti sıradan çıxıb

Daşkəsəndə elektrik dirəyinin üstünə ildırım düşüb.

TNS-in məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

İldırım düşməsi nəticəsində elektrik xəttində yanğın baş verib. Hadisə vaxtı xəsarət alan olmayıb. Xoşbulaq kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.