Close

Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB-FOTO

Cəbrayılda Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan TNS-ə bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

nnn

19: 14

Professor Nəsiman Yaqublu yol qəzasına düşüb.

TNS xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.

Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat yoxdur.