Close

Şirvanda 75 yaşlı kişini avtomobil vurub

Yolu keçən Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərovu 90 XO 571 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobil vuraraq ağır yaralayıb.

TNS-in məlumatına görə, hadisə Şirvan şəhəri İstiqlaliyyət küçəsində qeydə alınıb.

Yaralı komatoz vəziyyətdə ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.