Close

13:47
15 Yanvar 2025
13:07
15 Yanvar 2025
12:32
15 Yanvar 2025

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111 nəfərə çatıb – YENİLƏNİB

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111-ə çatıb.

TNS xəbər verir ki, zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

20:54

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

TNS-in məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.

19:40

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

TNS-in məlumatına görə, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

18:41

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib.

TNS xəbər verir ki, hadisə zamanı 40-dan çox insan qidadan zəhərlənib.