Close

Daşkəsəndə gəlin qaynanasını baltalayıb

Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

TNS-in məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.

Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Fakt araşdırılır.