Close

Ağstafada yol nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə hadisə Ağstafa şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 4 nəfər xəsasarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.