Gədəbəydə qanunsuz tikili sökülüb
13
11:50 - 26 İyul 2024
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.
Bu barədə TNS-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.