Close

İmişlidə yanacaq daşıyan maşın aşdı: 2 yaralı - FOTO

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpədən keçən hissəsində qeydə alınıb. Ələkbər Ələkbərovun idarə etdiyi "Mercedes" markalı yanacaq daşıyan maşın dairəvi yola daxil olan zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini Nilufər Əliyeva xəsarət alıb.

i-2

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yolda təhlükəsizlik təmin olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı