Sabiq diplomat saxlanıldı
64
23:54 - 22 İyul 2024
Sabiq diplomat Emin Şaiq İbrahimov saxlanılıb.
TNS xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, o, adam bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev həmin paylaşıma rəy bildirib.
“Belə bir hadisə baş verib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır” , - E.Hacıyev qeyd edib.