Qusarda ölümlə nəticələnən yol qəzası olub
12
11:55 - 20 İyul 2024

Qusarda yük maşını ilə minik avtomobili toqquşub.
TNS xəbər verir ki, hadisə Əcəxuroba kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə , “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Xaspoladov Albert Azik oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.