Close

12:34
06 Oktyabr 2024
12:10
06 Oktyabr 2024

Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü

Bakıda faciəli hadisə baş verib.

TNS xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.

Ora sünnət olunmaq üçün aparılan Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.