Close

19:54
05 Oktyabr 2024

Göyçayda yeniyetmə bıçaqlanıb

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilə olunan yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.