Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Təcili yardım avtomobili zəncirvarı qəzaya düşüb

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Memar Əcəmi küçələrinin kəsişməsində baş verib.

İki "Mercedes" markalı avtomobil və TƏBİB-ə məxsus təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.